Əziz elçi, könül yarı necədir?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Əziz elçi, könül yarı necədir?Mən bimarın o nigarı necədir?
Gözəlliyi, məlahəti qalırmı?Nə eləyir, işi, karı necədir?
Söylə, əmlik ahumuzun nərgizi,Sünbülləri, çəmənzarı necədir?
Bulağından su içmişdir şəkərin,Guşəsində laləzarı necədir?
Dost tutanı o yad saydı, könlümünDüşmən olan dostu, yarı necədir?
Gecə-gündüz mən atəşdə yanıram,Şux mələyin abidarı necədir?
Qan içməkdə yox nöqsanı zərrəcə,Peşimanmı, söylə barı, necədir?
Bircə dəfə uf demədi ömründə,Aşüftəhal yar qərarı necədir?
Məqtə — şairin təxəllüsü olan son beyt. Yar qəmindən Yəqub oldu Nizami,Əsrin Yusif şəhriyarı necədir?
Kitabxana.az · https://kitabxana.az/works/nizami-eziz-elci-konul-yari-necedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm sitəminlə canə yetdi,Ahım odu asimanə yetdi.
Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey qibleyi-canım, dəxi meyxanədən əl çək!Ey dini sevən, gəl rəhi-biganədən əl çək!
Mümkünmüdür məni qurban edəsən?Mümkünmüdür məni qurban edəsən?Dərdlərimi görüb dərman edəsən?
Ömrün boyu hal tutmağa sən etmədin adətÖmrün boyu hal tutmağa sən etmədin adət,Ey kaş tapasan halımızı sormağa fürsət.