Etmə gəl öz kamını bir böylə virandan tələb!Etmə mətləb qönçəsin sən bağlı dövrandan tələb!

Qane ol, səbr eylə, ac qal, mərdlik eylə dəhrdə,Etmə əsla sən çörək bir qeyr-insandan tələb.

Qanə düşmüş könlünü xar ilə bir cür şad elə,Eyləmə ömrün boyu bir lalə Nemandan tələb.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sıxma köhnə paltarınla heç zaman sən qəlbini,Tazə paltar istəmə, sən etmə nadandan tələb!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri