روزی از آنجا که فراغی رسیدباد سلیمان به چراغی رسید

İstirahət çağında seyrə çıxdığı zaman,Rast gəldi saf ürəkli bir adama Süleyman,

مملکتش رخت به صحرا نهادتخت بر این تختهٔ مینا نهاد

Öz köçüylə, taxtilə yaşıl çöllükdə durdu,Cah-calallı taxtını mina taxt üstə qurdu.

دید به‌نوعی که دلش پاره گشتبرزگر‌ی پیر در آن ساده دشت

Çöldəki əkinçinin hərəkəti, görkəmi,Süleymanın qəlbində artırdı dərdi, qəmi,

خانه ز مشتی غله پرداختهدر غله دان کرم انداخته

Evində saxlamayıb bir ovuc taxıl belə,Hamısını səpmişdi bu qoca kəndli çölə,

دانه‌فشان گشته به هر گوشه‌ایرسته ز هر دانهٔ او خوشه‌ای

Hər tərəfə baxdıqca, bütün bir çöl boyuncaBərəkətli sünbüllər, qalxmışdı xeyli uca,

پردهٔ آن دانه که دهقان گشادمنطق مرغان ز سلیمان گشاد

Görüncə əkinçini yaşadan bu sünbülü,Açıldı Süleymanın quş kimi birdən dili!

گفت جوانمرد شو ای پیرمردکاین قَدَرَت بود‌، ببایست خورد

Söylədi ki, „Ey qoca, cavanmərd ol hər zaman,Qurtarmazdı yesəydin dərya tək taxılından!

دام نه‌ای دانه فشانی مکنبا چو منی مرغ زبانی مکن

Sən tor deyilsən, toxum səpmək yaraşmaz sənə,Boş-boşuna danışıb quş dili tökmə mənə.

بیل نداری گِل صحرا مخارآب نیابی جو دهقان مکار

Belin yoxdur, torpağı qazıyıb əzab çəkmə,Bir damla su tapmasan şoranda arpa əkmə.

ما که به سیراب‌زمین کاشتیمزانچه بِکِشتیم چه برداشتیم‌؟

Biz ki, sulu yerlərə toxum səpib nə aldıq,Əkdiyimiz heç oldu, yenə əliboş qaldıq.

تا تو درین مزرعهٔ دانه‌سوزتشنه و بی آب چه آری بروز

Sən bu toxum yandıran susuz və quraq çöldəNə bəhrə görəcəksən, nə edəcəksən əldə?“

پیر بدو گفت مرنج از جوابفارغم از پرورش خاک و آب

Qoca cavab verdi ki: „Sözlərimdən incimə,Sudan, torpaqdan mənim heç nə gəlməz vecimə;

با تر و با خشک مرا نیست کاردانه ز من پرورش از کردگار

Yoxdur quruyla, yaşla bir işim zərrə qədər,Mən bir toxum səpənəm, tanrıysa kömək edər.

آب من اینک عرق پشت منبیل من اینک سر انگشت من

Mənim belimin təri suyumdur, bulağımdır,Yer qazan, torpaq atan belimsə dırnağımdır.

نیست غم ملک و ولایت مراتا منم، این دانه کفایت مرا

Ölkə dərdi çəkərək olmayıram biaram,Bəsimdir bu danələr hər nə qədər ki, varam,

آنکه بشارت به خودم می‌دهددانه یکی هفتصد‌م می‌دهد

Muştuluq verən kimsə inanıram ki, mənəVerəcək bir danədən azı, yeddi yüz danə.

دانه به انبازی شیطان مکارتا ز یکی هفتصد آید به بار

Toxumu şeytan ilə şərik əkməsəm əyər,Bir danədən yeddi yüz danə yetişər, dəyər,

دانهٔ شایسته بباید نخستتا گره خوشه گشاید درست

Yaxşı cins toxum səpsən əvvəlcə bu torpağaSünbülün düyümələri tez başlar çırtlamağa.

هر نظری را که برافروختندجامه به‌اندازهٔ تن دوختند

Hər bir yaradılmışa, əzəldən bir qayda var:Öz bədəninə görə tikərlər təzə paltar.

رخت مسیحا نکشد هر خریمحرم دولت نبود هر سری

Çəkə bilməz yükünü İsanın hər bir eşşək,Hər başsa ola bilməz dövlətə məhrəm, dirək.

کرگدنی گردن پیلی خوردمور ز پای ملخی نگذرد

Kərgədan yeyər filin boynunu, qoparaq,Qarışqa çəyirtkənin qıçını yeyər ancaq.

بحر به صد رود شد آرام گیرجوی به یک سیل برآرد نفیر

Dənizə min çay axar, o yenə sakit durar,Arxa bir sel gələndə çalxanıb hay qoparar.

هست در این دایرهٔ لاجوردمرتبهٔ مرد به‌مقدار مرد

Bu lacivərd göylərdə, bu sonsuz kainatdaHər kəs özünə görə bir yer tutur həyatda.

دولتی‌یی باید صاحب درنگکز قدری ناز نیاید به تنگ

Mətanətli dövlətə layiq hər adam gerçək,Yükün az-çoxluğundan əsla qorxmasın gərək.

هر نفسی حوصلهٔ ناز نیستهر شکمی حاملهٔ راز نیست

Naz çəkmək hər adamın işi, qılığı deyil,Bəllidir ki, hər qarın sirr dağarcığı deyil.

ناز نگویم که ز خامی بودناز‌کشی کار نظامی بود

Sözü uzatmaq nədir? bu hamının işidir,Çətinliklərə dözmək Nizaminin işidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri