ای سپر افکنده ز مردانگیغول تو بیغولهٔ بیگانگی

Ey mərdliyi əlindən tez yerə salan adam,Biganəlik üzündən yolunu azan adam.

غَرّه به مُلکی که وفا‌ییش نیستزنده به عمری که بقا‌ییش نیست

Bir mülkə arxayınsan ki, yox onun vəfası,Bir həyata bağlısan ki, yox onun bəqası.

پی سپر جرعهٔ می‌خوارگاندستخوش بازی سیارگان

Ey şərab içənlərin qədəhini izləyən,Ulduzlar oyununun qurbanısan, bil ki, sən.

مصحف و شمشیر بینداختهجام و صراحی عوضش ساخته

Qur’an ilə qılıncı salıb əlindən yerə,Surahını və camı qaldırmısan göylərə.

آینه و شانه گرفته به دستچون زن‌ِ رعنا شده گیسو پرست

Gözəl qadınlar kimi alıb güzgü, darağı,Saça sığal verirsən, gözləyirsən növrağı.

رابعه با رابعِ آن هفت مردگیسوی خود را بنگر تا چه کرد‌؟

Rabiə bir it görüb, itirmədi başını,Gördünmü o nə etdi kəsərək öz saçını.

ای هنر از مردی تو شرمساراز هنر بیوه‌زنی شرم دار

Ey hünərliyəm deyən, əgər kişisə adın,Utan bir gör nə etdi hünərli bir dul qadın.

چند کنی دعوی مرد افکنی‌؟کم زن و کم زن که کم از یک زنی

Desən ki, qəhrəmanam, sözlərindir lağlağı,Sən bir igid qadından aşağısan-aşağı.

گردن عقل از هنر آزاد نیستهیچ هنر خوب‌تر از داد نیست

Heç vaxt deyildir azad ağlın boynu hünərdən,Ədalətdən də yaxşı hünər yoxdur, bil ki sən.

تازه شد این آب و نه در جوی توستنغز شد این خال و نه بر روی توست

Bu su təzə bir sudur, heyif deyil arxında,Bu xal gözəldir, ancaq deyildir buxağında.

چرخ نه‌ای محضر نیکی پسندنیک دراندیش ز چرخ بلند

Yaxşılıq et, olma sən dünya kimi vəfasız,Qorx dünyanın sonundan, yaxşılıq eylə yalnız.

جز گهر نیک نباید نمودسود توان کرد بدین مایه سود

Yaxşılıq et, parlasın yaxşılığın gövhəri,Bu maya ilə artar alverçinin dəyəri.

نیست مبارک ستم انگیختنآب خود و خون کسان ریختن

Əziyyətdə görərsən zülm etsən öz canını,Tökərsən öz həyanı, özgələrin qanını.

رفت بسی دعوی از این پیشترتا دو سه همّت به‌هم آید مگر

Bundan əvvəl də oldu ikidlik iddiası,Sənə min ziyan verər məzlumların duası.

داد کن، از همّت مردم بترسنیم‌شب از تیر تَظَلُّم بترس

Xalqının hümmətindən çəkinib hər zaman qorx,Düşün, gecə yarısı şikayət oxundan qorx.

همّت از آنجا که نظرها کندخوار مدارش که اثر‌ها کند

O qeyrətli adamlar sənə salsalar nəzərXor baxma ki, ahları ömrə eyləyər əsər.

همت آلودهٔ آن یک دو مردبا تن محمود ببین تا چه کرد

O bir iki kişinin qarışıq hümmətiyləSultan Mahmudun başı düşdü böyük əngələ.

همّت چندین نفس بی‌غباربا تو ببین تا چه کند روز کار

Saf, hümməti bir neçə nəfərin inan, inan,Sənə gör nələr edər, sən iş gördüyün zaman.

راهروانی که ملایک پِی انددر ره کشف از کَشَفی کم نِی اند

O hümmətli adamlar, mələkə ayaqlılar,Tısbağadan da aciz deyil işində, aşkar.

تیغ ستم دور کن از راهشانتا نخوری تیر سحر‌گاه‌شان

Gəl onların yolundan zülmün qılıncını çək,Səhər ahının oxu səni tutmasın, gerçək.

دادگر‌ی شرط جهان‌داری استشرط جهان بین که ستمکاری است

Padşahlığın şərtidir hər işdə adil olmaq,Dünyanın şərti isə zülm eləməkdir ancaq.

هر که در این خانه شبی داد کردخانهٔ فردای خود آباد کرد

Kim ki, xalqı bir gecə ədli ilə şad etdi;O, demək, öz sabahkı evini abad etdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri