Saqi, nə yatıbsan, dur, mey ver ki, bahar gəldi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Saqi, nə yatıbsan, dur, mey ver ki, bahar gəldi,Tale yenə iş üstə, köksündə vüqar gəldi.
Bir danə vəfa toxmu əkmişdim o gülşəndə,Gül açdı haman danə, gülüzarinə bar gəldi.
Səpdi su ciyər çeşməm, könlün bağı gülləndi,Bir böylə gözəl bağə nazilə şikar gəldi.
Solmuşdu, qarışmışdı min dərd ilə əhvalım,Dirçəldi küsən könlüm, səbr ilə qərar gəldi.
İqbal nə gözəl gəlmiş, bundan da gözəl olmaz,Qulluqda durub bəxtim, didarına yar gəldi.
Bütlər şahı hazirdir, şahlar şahı hazirdir,Gövhər belə nurani, nərgiz də xumar gəldi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Şükr eylə, Nizami, gəl tufanlar arasındanBəxtin gəmisi çıxdı, fəthilə kənar gəldi.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-saqi-ne-yatibsan-dur-mey-ver-ki-bahar-geldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həyatdan kam alan fəxrəndə yoxmuş.Qolu zəncirdən azad bəndə yoxmuş.
Könlüm evi xarab olur, canım alan o can hanı?Könlüm evi xarab olur, canım alan o can hanı?Oğru çalır xəzinəni, keşikçi, pasiban hanı?
Sənin ətirli tellərin kəsib yolu, sağı, solu.Sənin ətirli tellərin kəsib yolu, sağı, solu.Qəmzələrin can almada... könlüm ələm, sitəm dolu.
Dərd başdan aşıb da canə yetdiDərd başdan aşıb da canə yetdi,Naləm odu asimanə yetdi.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Budu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.
İndiA beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.