Sənin ətirli tellərin kəsib yolu, sağı, solu.
Qəmzələrin can almada... könlüm ələm, sitəm dolu.

Kim ki üzün görür sənin, yolunda can verir sənin.
Kim ki sevir, ömür boyu... boynuna çatmayır qolu.

Sadiqi-sübhə yalvarıb fatihə vermək adətim:

  • Gəlməyəsən yaman gözə, ey aləmi ülvi, ulu!

Yaraşmasam da, gəl, uyuş, odum sənin, külüm sənin.
Göz yaşımı qurut, gülüm, baxım sənə gözüm dolu.

Səninlə ilk oyundaca, canımı qoydum ortaya,
Cığallama, uduzmuşam, hakim özün - eşqin olub.

Möcüzəkar İsa kimi lələ dönüb ləbin yenə,
Nizami başqa möcüzə - quldu sənə, vəfa qulu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq