(Yallı)

— Keçdim çölü, çəməniGəzdim könül sevəni,— Mən də ilk dəfə səniGördüm bulaq başında.

— Arzum, eşqim səmimi,Sən parladın gün kimi.— Sənə sevən qəlbimiVerdim bulaq başında.

— Bilirəm diləyini,Gəl sıxma ürəyini.— Məhəbbət çiçəyiniDərdim bulaq başında.

— Su verdin udum-udum,Su verdin söndü odum.— Dəsmalını mən yudumSərdim bulaq başında.

— Hicran çırağı sönsünKaş elçilər görünsün.— Barı sevincə dönsünDərdim bulaq başında.

20 may 2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq