Sevgi hirslənərmiş!Küsüb getdi o.Ömrümdən yel kimiƏsib getdi o.

O getdi, zülmətliAxşamda getdi,Bir ilin günləriÇilik-çilikdir.O, reyhan ətirliDünyam da getdi,Sevgisiz ömür dəYetimçilikdir.

Axı o haraydı,Yerlər onsuzdu.Göydədir?O axıParlaq ulduzdu!

Onu ulduzlardaAradıqca mən,Şəfəqli simasıGöyün üzüydü.Sandım ki, səmayaUça-uça mən— Sayrışan ulduzlarTəbəssümüydü.

O, susur, göylərsə,Gəlirdi dilə,Qəlbimə hərarət,İşıqdı axan.Sanki ulduzlarınNur gözləriylə,Baxırdı ən uzaqQalaktikadan!Noldu birdən-birə?İnam da gəldi!Elə bil quş olubİlham da gəldi?

Kədərli söz yazdımAlın tərilə,Ahlar ürəyimdənYüksələn kimi.O, gəldi mübarəkQədəmlərilə,Göylərdən Ay gələn,Gün gələn kimi.

Sözlər pıçıldadıO sirli-sirli,Sehirli səfərdənQayıtdı sevgimQayıtdı dünyam da —Reyhan ətirli,Məni bəd yuxudanOyatdı sevgim!

Sevgim, bir də uçubGetmə, amandır!Yerin ulduzunuYerlərdə yandır,Bu gün biz ulduzuq —Sevgi cahandır!

10-12 yanvar 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri