Bütün doğmalaraüz tuturam mən,Ömür də gəmi tək çatır sahilə.Məni kəndimdəkiata evindən,Özünüz aparın axır mənzilə.Doğma çiyinlərinucalığından,Son dəfə görüm ki,sonsuzdur cahan!

Yolları kitab təkvaraqlamışam,Ötüb kəşməkəşdə illəri ömrün.Gözdən yaş axmayıbmən ağlamışam,Heç kəs ağlamasın mənimçin o gün.Gedin asta-asta,dalğın, pərişan,Ağırdır yerimək ağır tabutla.Dərd böyük olandadanışmaz insan,Sükutla dayansın, hamı sükutla.Sükutla çatdırınmurada məni,Sükutla danışsın matəmli gözlər.

Yığıb sağlığımdaboğaza məni,Boğazdan yuxarı deyilən sözlər.Hardansa bir tütəksəsi eşidim.Dillənsin, o kövrəksəsi eşidim.

Şəfəqlər ucadır,kölgələr qısa,Tabutum üstünə günəş əyilsin.Əgər ölümümə sevinən olsa,Qoy o da gəlsin.Gəlsin, üzü tutqun,səsi də titrək...Elə düşünsün ki,o ölməyəcək!

Qayıtsın geriyəmükəddər axın,Qəmli il gəlməsin yaşınız üstə.O axşamüfüqədiqqətlə baxın,Bir ulduz yanacaq başınız üstə.Göylərin o uzaqzərrin ulduzu,Sizə səs verəcək səssiz-səmirsiz.Min yol baxdığınızhəmin ulduzuElə bil ilk dəfə görəcəksiniz.Nuruyla hər qəlbəçatacaq ulduz,Batanda Xəzərdəbatacaq ulduz

Durnalar,Uçacaqsonra qatarla —Siz gəlib bir çinar basdırın yerə.

Ucalım torpaqdanmən o çinarla,Dayanıb doyuncabaxım Xəzərə.Eşidim,hardasatütək səslənir,Bəlkə dəSusmayanürək səslənir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri