Gülməyən gözlər
Sirli bir dünyadırSanki hər ömür,Baxışlar mehriban,Söz səmimidir.Onun özü gülür,Gözləri gülmür.Bəlkə göz sükutu —Ürək qəmidir.
O, zərif əllərdənTutdum mən dünən,Əl varmı, beləcəSehirli olsun?O, üzdən bu qədərXoşbəxt görünənNə üçün bu qədərKədərli olsun?Ensə üfüqlərdənAğ bir göyərçin,Olar göy sularınBəyaz dalqası.Eyni bir taleyəYazılır neçin,Kədər ümmanıylaSevinc damlası?
Ürək ovunmayır,Şirin söz ilə.O gözlərdə yananKəhkəşan deyil?Hamıya mehribanOlan gözələ,Nə üçün təbiətMehriban deyil?
Hərdən göz yaşınıSilən gözlərə,Uzaq ulduzlarınNuru tökülsün!Biz çox alışmışıqGülən gözlərə,Gülməyən gözlərinQoy bəxti gülsün!
10 may 1999
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-gulmeyen-gozler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
HicranBir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Məhəmmədəli şahın qulağına azani-intibahSəhneyi-İranı döndərdin bəla səhrasına,Əzmü qəsd etdinmi “şahim!” mülkünün ifnasına?
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı