C.Naxçıvanskiadınahərbiməktəbin17 yaşlı tələbəsi Ruslan İsayev bacısınınad gününə tələsərkən, metroda baş vermişyanğında (28 oktyabr 1995-ci il) 4 nəfəriölümdən xilas etmiş, özü də qəhrəmancasınahəlak olmuşdur.Qəzetlərdən

Dünya məhvərindənQopdu elə bil,Oğlan görmədiyi dəhşəti gördü.Qara əjdaha tək uzanan tunelSanki xortumundan od püskürürdü.

Yer əsdi atəşli,Odlu səslərdən,Alov hücum çəkdi insan ömrünə.Onun tələsdiyi ad günü birdən,Döndü faciəli fəryad gününə.

Alovun nə məşum dilləri varmış?Dəmir də yanarmış, daş da yanarmış!

Elə bil yağırdıOdlu yağışlar,Odlu sel axırdı relslərin üstdən.O birdən düşündü: "Bacım, bağışla,Sənin ad gününə gecikirəm mən".Özü də odlarda o yana-yana,Yanan insanları aldı qoynuna.

Əlində ölümünsındı qanadı,Mərd çıxdı alovlar keşməkeşindən.O, Odlar yurdunun cavan övladı,Təzədən doğuldu odlar içindən.

Qurusun göz yaşıDoğma ananın,Allahım mərdliyi təsəlli verdi....O günəş ürəkli igid oğlanınTabutu üstündə Günəş gedirdi.

Bu gün calandıqcaAylar, aylara,Dünya odlu dəniz — ömürsə gəmi.Səhər Günəş qonur mərmər məzara,Yanır qəhrəmanın öz qəlbi kimi.

Yenə də çağlayırÜmmanlar bu gün,Yenə odlar yanır yer üzərində.O, xilas etdiyi insanlar bu gün,Gəzdirir igidi ürəklərində.

Ömr edir ulduzlar sanı, igidlik,Bəli, əbədidir ani igidlik.

20 noyabr — 14 dekabr 1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri