Sənə — gecən xeyrə qalsın, — deyirəm,Kaş ki, səni yuxularda mən görəm!

Sən cənnətdən varıb gələn qumrusan,Mən kölgənəm, bir uçuruq səninlə.Sən taleyin sehirli bir nurusan,Ayrılarkən qovuşuruq səninlə.

Bəlkə mənəm pəncərəndən baxan ay?Buludların gur çayında axan ay?

Zər üfüqlər alovlanıb əriyir,Səpildikcə cığırlara, izlərə.Ay elə bil öpmək üçün əyilir,Mənim öpə bilmədiyim gözlərə.

Varlığımda eşqin dərin həsrəti,Sanki yatmış duyğularım oyanır.Doğma-doğma ürəklərin həsrəti,Ayrı-ayrı üfüqlərdən boylanır.

Ulduzların gur şəfəqi — təbərrik,Yaxın ulduz, uzaq tale — o bizik?

Görmək üçün o, gözləri bircə an,Mən gedirəm, qoşalaşır kölgəmiz.Kainatda bir-birinə uzananUlduzların əlləriyik bəlkə biz?

Nur olsaydım qopub uzaq üfüqdən,Deməzdim ki, kaman kimi səslənimKaş sakitcə incə telə dönüb mən,Hörüklərin arasında gizlənim.

Gecə keçir, yuxu qaçır, yatmıram,Səsim çatır, özüm sənə çatmıram.

Sən cənnətdən varıb gələn qumrusan,Mən kölgənəm, bir uçuruq səninlə.Sən taleyin sehirli bir nurusan,Ayrılarkən qovuşuruq səninlə.

22 yanvar 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran