Məgər aramızdaİncik söz oldu?Ömrümə gec gəldin,Hicran tez oldu,Ey odlu sevgimdənSoyuyan gözəl!

Mən gördüm üzünüBir Günəş kimi,Günəş də nurunuƏsirgəyərmi?Ey odlu sevgimdənSoyuyan gözəl!

Məgər söyüdəmmiƏsəm, əyiləm?Yəqin ki, eşqinəLayiq deyiləm!Ey odlu sevgimdənSoyuyan gözəl!

Məhəbbət olarmıAni bir həvəs?Od oddan alışar,Od oddan sönməz.Ey odlu sevgimdənSoyuyan gözəl!

Biganəlik buzuKönül sındırır,Ürək soyuqluğu, —Ürək yandırır.Ey odlu sevgimdənSoyuyan gözəl!20 aprel 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq