Qardaşım Nəbiyə deyin: Xəzərdənçoxdandır xəzriylə əsməyir nədən?(Cənub ərməğanından)Əriyir Kəpəzdə,Savalanda qar,Sular dərələri oyadıb gəlir.Payızda cənubagedən durnalar,Novruzda təzədən qayıdıb gəlir.Gəlir, yerə, göyə ilham gətirir,Vətəndən vətənə salam gətirir.Yurdun səhərindəgözüm var mənim,Zümrüd çəmənlərdə ot dizəcəndir.Hər iki sahillidüzüm var mənim,Mənim astanamdan Təbrizəcəndir.Çiçəklər bu yerin mehribanıdır,Vətənin vətənə ərməğanıdır.

Araza baxaram,gözlərim dolar,Mən işıq umaram, şəfəqlər sönər.Burda ləpələnibqaynayan sularÇatıb o sahildə dalğaya dönər.O, mənim sevgimin gur dalğasıdır,Vətənin vətənə nur dalğasıdır.Küləklər, bir sirliHəyat kimisiz,Axı, orda gözlər ürəklər məniKüləklər açılanQanad kimi siz,O yerə aparın, küləklər, məni.Küləklər — ürəklər nidası kimi,Vətənin vətənə sədası kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar