Ömrün hər ilinəBir ümman dedim,Niyə uzaq saldı bu illər bizi?!Bir az sən tələssən,Mən geciksəydim,Bəlkə ayırmazdı sahillər bizi.

Yaxın bir sevgininUzaq nidası,Ürəyi şimşək tək odlayıb keçir.Ayrı sahillərin eyni dalğası,Doğma qəlbimizdən adlayıb keçir.

Gecə şirin-şirin mürgüləyəndə.Seyr edər ay səni, kəhkəşan səni.Mən səhər küləyə"Əsmə" deyəndə.Kim isə oyadar yuxudan səni.

Qoşa keçərsiniz...Yaxın gəlmərəmMən yoxam...yanında nə zaman o var.Gözümü qaldırıb baxa bilmərəm,O isə istəsə, əl də qaldırar.

Keçirsən, quş olub qanadlanıram,Amma, ucalmağa üfüq çatmayır.Səni mələklərə mələk sanıram,O isə qanuniBir arvad sayır.

Baxar qibtəyləmi sizi hər görən,Ya dinər yer iləSəma da birgə?

Birgə döyünməyən ürəklər, görən,Necə addımlayır dünyada birgə?Gecikmiş arzular aşıb-daşanda,Baxaram,Könlümdən al qanlar axar...Qanunsuz bir nikah qanunlaşanda,Qanuni məhəbbətKənardan baxar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri