Sualsız cavablar
— Mən behişt ətirli Lənkərandanam.— De ki, qiyam etmiş bir məkandanam!
— Mən Qarabağlıyam, eşitsin cahan!— Qarabağ varmı ki, qürurlanasan?
— Mənə də deyərlər igid Gəncəli,— Ordan başlamırmı yurdun cəncəli!
— Mənə mehribandır Tovuz, Qazax da,— Onlar uzaqdadır, qalsın uzaqda!
— Borçalı elindən gəlmişəm mən ki,...— Xaricdə doğulan əcnəbisən ki?!
— Qəbələm paytaxdır qədim yurduma!— Mirzə Səfər demiş: — gəl, min boynuma!
— Şəki torpağında doğulmuşam mən,— De, Hacı dayıya dost olmuşam mən!
— Mən ki, dağ vüqarlı Kəlbəcərdənəm,— Söylə ki, satılmış qızıl yerdənəm!
— Məndə Cəfər gücü, Müşfiq sözü var!— Bil iki gül ilə olmayır bahar!
Bir bölgə vardır ki, onu tapın siz,Orda doğuldunuz — bəxtəvərsiniz!
Sizindir ən uca vəzifələr də,Adınız zər-ziba səhifələrdə.
— Demək istədim ki, Bakılıyam mən,Demədim, bir ağrı qopdu sinəmdən.
Dünən səadətdi Bakılı olmaq,Bu gün qəbahətdir Bakılı olmaq.
Ölkəmin hər yeri mənə əzizdir,Çünki Vətən bizim taleyimizdir.
Mart 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-sualsiz-cavablar
← → düymələri ilə keçid, R — təsadüfi şeir