Zaman qəlbə kəmənd atır,Yara sızlar kürəyimdə.Sənin gücün ağlındadır,Mənim gücüm ürəyimdə.N.Xəzri

Gör necə qovuşur il-ilə, Allah,Ağıl düşünərək, ürək sevərək.İnsan varlığınıvar elə Allah,Ürəyə ağıl ver, ağıla ürək!

Təkcə ağıl sevsə —bəladı sevgi,Təkcə ürək sevsə —atəşdir, oddur!Ürəklə ağılın övladı sevgi,İnsana uçmaqçın məğrur qanaddır.

Sevənlər! Ucalıngöylərə siz də,Ucalın arzuya,ümidə bağlı.Sevənlər! Qovuşsun taleyinizdəAğlın ürəyilə,ürəyin ağlı!

27-28 may 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq