Yay, qış çiçək açan ölkə,Yad ellərdən çiçək alsın,görmüsənmi?Əsrə işıq saçan ölkə,Özü nura möhtac olsungörmüsənmi?

Həsrətlə çıx, sahillərə,Orda balıq ölü, diri,görmüsənmi?Necə yağır göydən yerəYağış kimi qara kürü,görmüsənmi?

Düşmən tutub bir aləmi,Nə dəhşətli tufan imiş,görmüsənmi?Vədlər gözəl həblər kimi,Əlac imiş, dərman imiş,görmüsənmi?

Qara zülmət qatılaşırÜmid adlı səhəri yox,görmüsənmi?Zadəganlar harınlaşır,Toxun acdan xəbəri yox,görmüsənmi?

Görməmisən! Əgər dostum,zəhmət çəksən,Gəlib bizə qonaq olsangörəcəksən!

15 aprel 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri