Kimi nə gözləyir?
Ömrün müqəddəsdirbircə anı da!İnsanı yaxşılıqgərək tanıda,Varı-dövləti də,zər-zibanı daXırman tək sovurankülək gözləyir.
Cana atəş düşüradi bir sözdən,Ümid, inam umurgözlər də gözdən,İntizar yol alırçaydan, dənizdənSevən bir ürəyiürək gözləyir.
Neçin fələk oyaq,tale yatıbdır,Bəlkə də qiyamətgünü çatıbdır?Yağla bal içindəkimsə batıbdır,Kimsə bircə tikəçörək gözləyir.
Yerlərin ürəyiyoxsa daşmıdır?Ömrün aqibətidərd, təlaşmıdır?Arzuya, ümidəilk sirdaşmıdırKimlər ki, göylərdənkömək gözləyir?Ey İnsan!Dünyayayaxşı mehman ol!Kasıbı geyindiraca həyan ol!İstər padişah ol,istər Sultan ol,Səni də yaxasızköynək gözləyir!
10 avqust 1999
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-kimi-ne-gozleyir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Molla Cümənin Qıpçaq səfəriMolla Cuma baba bir gün Qıpçağa gəlir, lakin onu bu kənddətanımırlar. Qışın oğlan çağı idi, hər yerə qar yağmış, buz bağlamışdı.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
وصال یار بصد جان بخر، اگر نخرییقین که از غم هجران دوست جان نبری