O, gəldi, baxışlarQəmli, pərişan.Baxdım, ürəyimdə susdu fəryadım.Onu yuxu kimi gördüm bu axşam,Fəqət gördüyümə mən inanmadım!

Saçlar ağ xəyaldıÇiyni uzunu,Üzündə qırışlar naxış-naxışdı.Ancaq gözlərindən tanıdım onu,Həyat tək gözlərə toxunmamışdı.

Günlər ilə dönübSəf-səf düzəldi,Sanki Günəş doğdu uzaq səhərdən.Onda o, gözəldi, necə gözəldi,Elə bil gəlmişdi əfsanələrdən.

Bir dünya yaşardıMəhrəm səsində,Hər görüş — böyük bir ehtiyac kimi,O elə adlardı Yer kürəsindəGünəş başı üstdə zərli tac kimi!

Dalğalar önündəKörpə quzuydu,Gözələ vurulan səmadı, yerdi.Sanki o parlayan Dan ulduzuydu,Gələn səhərlərdən müjdə verərdi.

Gözəllik ən ulu bir həqiqətdir,Ürək həqiqətə həsrət deyilmi?Gözəl doğularsa — bu səadətdir,Gözəl qocalırsa — dəhşət deyilmi?

O, indi elə bil səssiz haraydır,Qoy əssin üstündən ətirli yellər,Axı gözəllərin camalı Aydır,Aya necə qıydı rəhmsiz illər?

Təbiət!Sən bizə doğma, əzizsən!Söylə doğrudanmı ədalətsizsən?

Məyər sən əsdikcəVaxtsız küləklə,Arzuya çatırsan ulu təbiət?Axı gözəlliyə qəsd eləməklə,Günaha batırsan ulu təbiət!Möcüzə yarat ki,Tanrı, cahanda,Gözəl gözəl qalsın qocalanda da.

30-31 dekabr 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri