Yetimdir dünyadaKim qalsa yalqız,Aylara çevrilirGün aram-aram.Vaxt vardı siz məniAxtarardınız,İndi mən axtarıbSizi tapmıram.

Hay verin gözəllər, hara getdiniz?Vurub ürəyimə yara, getdiniz!

Sükutu nəğmə təkDurub dinlərəm,Həsrətəm xoş söhbət,Xoş qılıq üçün.Bir zaman görüşəTələsənlərim,Niyə tələsdinizAyrılıq üçün?

İllər saçlarımaYağdı qar kimi,Yoxsa çiçəklər təkSiz də soldunuz?Bəlkə də köçəriDurnalar kimi,Ayrı ürəklərəUçub qondunuz?

Yox, yox, incimirəmBu gün heç kimdən,Mənə bəxş etdinizGöyü, yeri siz!Şikayət etmirəmÖz taleyimdən,Sizsiniz taleyinƏsil nuru, siz!

Hayana getsəniz parlayın, yanın;Böyük tarixi var ötən hər anın!

16-17 dekabr 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri