Nə kiçik görünür dağlar uzaqdan,Baxırsan könlündə min xəyal olur.Bir ovuc görünür bağlar uzaqdan,Dağ boyda palıdlar qara xal olur.

Dayanıb baxdıqca elə gəlir, sənƏlini uzatsan çatar zirvəyə.Bu xəyal içində yaxın gəlirsən,Dağlar uzaqlaşır, yüksəlir göyə.

Görürsən: ucadır dağların başı,Onun sıldırımı, yarğanı vardır.Parlaq ulduzlardan ipək balışı,Qalın dumanlardan yorğanı vardır.

Bəzənib, yenə də nurla çöl-bayır,Yenə çiçək açır dağlar, çəmənlər.Bəli, həqiqətə yaxın olmayır,Bəzən uzağı da yaxın görənlər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar