Şeir həsrəti
Misralar üstündə düşündüm bəzən,Qəlbin dediyinə qulaq da asdım.Ən gözəl şerimi yazmasam da mən,Sandım ki, sonuncu şerimi yazdım.
Elə boşaldı ki, sinəmdə ürək.Dedim, bir də yəqin yazmayacağam.İlham gəlməyəcək yenə qonaqtək,Bəlkə də saralmış, solmuş bir dağam.
Günlər həyacanla ötüşdü bir-bir,Yatmadım bəzən də səhərə qədər.Yaşayır sonuncu şeirlə şair,Başqa bir sonuncu əsərə qədər.
Yenə dilə gəlir ürək telləri,Quş kimi uçmağa hazıram yenə.Elə yazıram ki, sonuncu şeri,Sanki ilk şerimi yazıram yenə.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-seir-hesreti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,