Noldu, göy titrədi,Yer kölgələndi?Mərmər qayalarıMənə göstərin!Azıx mağarası!Hardasan indi?Sənin qucağınaDönmək istərəm!

— Acmısan!Payını oğul götür, al!Hər kəsin bərabərÖz payı vardı.Tağların altındaYanar gur tonqalÇörəyə bükülmüşNur paylayardı!

Ürəklər mehriban,Üzlər səmimi.Pələng dərisi dəƏyinlərində.Kölgələr dağ boydaHeykəllər kimi —Mağara onlarınÇiyinlərində.

Hamı döyüşərdiYağı gələndə,Arvadlı, uşaqlı,Oğullu, qızlı.İlan-çiyanlar daSürünüb öndə —Düşməni vurardı,Dostu vurmazdı!

Bu gün alov yağırYay gündüzündən,Sabahkı qış bəlkəÖlüm qışıdır?Sivil dedikləriDünya üzündən,Bir doğma mağaraDaha yaxşıdır!

Elə insan var ki,Bu gün cahanda,Ondan mehribandırİlan-çiyan da.

Ürəklər nə dardır,Səmalar geniş,Tanrı, mağara daƏsir düşərmiş!

Noldu, göy titrədiYer kölgələndi?Doğma qayalarıMənə göstərin!Azıx mağarası,Hardasan indi?İsti qucağınaDönmək istərəm!

Sən mənə əzizsən,Mənə məhrəmsən,Dünyaya açılanNur pəncərəmsən!

29 avqust — 5 sentyabr 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri