Bağdada getdi
Dedilər ki, İraqdanBakıya bir dost gəlib.Onu maraqlandırır,Abşeronun havası.Deyib çoxdan vurğunamKamanına, tarına,Məni məftun edibdir,Yanıqlı saz havası.Söz axtardım tapmadım,Harada tapmaq olar.Bəlkə kömək edələrBu işdə mənə dostlar.Şair Süleyman deyib –Satışda saz olmayır,Qonaq küsməsin ancaq,Gümanım Osmanadır,Bəlkə bir çarə qıldı,Onu axtarıb tapaq.
Öz işimi bildim, hazırlıq gördümMin fikir dolaşdı başımda bu an.Gərək yola salım, “yaxşı yol” – deyimBildim ayrılıram bu gün sazımdan.
Saz ürək deməkdir, döyünən ürək,Ürəyi hədiyyə etmək çətindir.Lakin əsirgəmək olarmı dostdan,Çox da ki, ürəyin çox deyil, birdir.
Silib köynəyinə qoydum sazımı,Mən hədiyyə etdim Bəndəroğluna.Nigaran getməsin qonaq, qoy bu saz,Xoş nəğmələr qoşsun onun yoluna.
Xalqımın qəlbiylə bir vuran ürək,Ad qoydu hər elə, obada, getdi.Bakıda kökləndi “Koroğlu” üstəGetdi, ötə-ötə Bağdada getdi.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-bagdada-getdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sakit bir gecədir, səssiz-səmirsiz.Silinmiş aynası göyün tərtəmiz.
Gözünüz aydınGərgin qaşlarını çatanda zaman,Bir xəbər yayıldı şəhərə, kəndə...
DeyirlərDeyirlər: hökmü var dövrün, zamanın,Anın da hökmü var xeyirdə-şərdə.
Ən geniş aləm– Altmış il nədir, sən yüz demişdin –Bir dostum söz atıb, toxundu yenə...