Ən geniş aləm
– Altmış il nədir, sən yüz demişdin –Bir dostum söz atıb, toxundu yenə...Dedim ki, nə zaman doğulduğumuKim görüb, kim bilir söyləsin mənə!
Qardaş, eləcə də məchuldur o gün –Harada “əlvida” edəcəyəm mən –Nə zaman gözümü çəkib dünyadanBaşqa bir aləmə gedəcəyəm mən?..
Bu sözlər qəribə gəldi dostuma– “Başqa bir aləmə...” deyib, o güldü.Sanki bu gülüşlə qarşımda mənimÜfüqlər qızardı, al dan söküldü...
Bircə aləmi var qələm əhlinin –Vaxtilə bir səyyah belə demişdir: –“Gəzdiyim, gördüyüm min bir dünyadanŞeriyyət aləmi daha genişdir...”
O geniş aləmin qapısı dardır –Açmaq üçün gərək hünərin olsun!Mən hünər dedikdə – əsər deyirəm –Qapı aça bilən əsərin olsun!..
O zaman əbədi yadigar qalarYazan qələmin də, yazı masan da.Yox, əgər sənətin elin deyilsə,Yaşasan da olar, yaşamasan da...
Bakı, 1965
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-en-genis-alem
← → düymələri ilə keçid, R — təsadüfi şeir