Əyni cırıq-cırıq, yamaq-yamaqdır,Gəzir başıaçıq, ayağıyalın.Üzdən tanıyıram, lakin adınıBilmirəm...özündən siz xəbər alın.

Əsnəyir, aramsız üşüdükcə o,“Ya Allah, ya imam, ya kərəm”, deyir.– Niyə bu gündəsən? – Soruşan kimi –– Mən xalqın dərdini çəkirəm – deyir.

Guya zəngin olub-tərifləyir çoxO, köhnə əyyamı, məzhəbi, dini...Özünün dərdini çəkə bilməyənNecə çəkə bilər xalqın dərdini

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri