Biz mənalı sözlərinKeşiyində dururuq.Lakin söz var, onu çox –İşlədirik, yoruruq.

Aramsız çeynənən sözÜzdü dili, dodağı.Təkrar yordu qələmi,Yordu gözü, qulağı.

Həqiqətən ağırdır,İnsaflı baxsaq əgər.Çox da ki, yoxdur dili,Söz də dincəlmək istər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri