Qırx beş ildi mən aşığam,Ellər qoynunda-qoynunda.Dodaqlara yaraşığam,Dillər qoynunda-qoynunda.

Sevilirəm, istənirəm,Ucalıram, səslənirəm,Bülbül kimi bəslənirəm,Güllər qoynunda-qoynunda.

Hökmü olan versə əmir,Başa kimi mənəm demir,Gəlir, keçir, gedir ömür,İllər qoynunda-qoynunda.

Dağ başını duman alır,Şirin canı dərdə salır,Yaşılbaşlı sonam qalır,Göllər qoynunda-qoynunda.

Gələn gələr, baxar gedər,Can odlara yaxar gedər,Vəli düşər axar gedər,Sellər qoynunda-qoynunda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri