Yüküm
Başı göylərə dirənən,Uca dağlardır yüküm.Qanlı qışdı, qasırğadı,Boranlı, qardır yüküm.Əsər yellər, donar sellər,Ömrü boyu sərasər,Aman vermir söz açmağa,Tam buzlaqlardır yüküm.
Qəza tutar, qəsd eyləyər,Qollarım bağlar mənim.
Dil qəfəsdə nalə çəkər,Gözlərim ağlar mənim.Ürəyimdə yaralar var,Sinəmdə dağlar mənim.Təbib yoxdu dərman edə,Ağır azardır yüküm.
Miskinli Aşıq Vəliyəm,Deyim dərdim sən də bil.Bəxtim yatdı, daşım atdı,Günbəgündən, ilbəil.Yazıq canım od içində,Alovlanır müddəsil.Elə bil ki, sağərdəyəm,Atəşi nardır yüküm.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-yukum-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,