Yazan milyon əsər elmi sərasər,Dildə əzbər edən min ayə qədər.Mən aşığam nə qədər,İstəyirsən nə qədər,Yaxşı dostu unutma,Canda can var nə qədər.Ötkün sözü olan, kəskin iqbalı,Nəsibi gətirən min ayə qədər.Görəndə ziynəti söyləyən pəh-pəh,Çəkəndə zilləti ay edər of-of.

Kamil olan yaxşı saxlar ustadın,Al saqidən iç badəsin ustadın,Mən aşığam ustadın,Ləkələmə ustadın,Şirin candan çox istər,Əsil olan ustadın.Mən sevirəm ustadların ustadın,Boy atıb ucalan minayə qədər,Olanda qüdrəti söyləyən pəh-pəh,Alanda zərbəti ay edər of-of.

Yenə dağlar geydi, yar, alı gəldim,Dər açdım yaramı yar alı gəldim,Mən aşığam yaralı,Göy qəddinə yar, alı,Gözü yolda intizar,Mənəm qəlbi yaralı,Miskinli Vəliyəm yaralı gəldim,Kim dözər bu dərdə Minayə qədər,Güləndə söhbəti söyləyən pəh-pəh,Görcək aqibəti ay edə of-of.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq