Sən yaxşı insansan yaxşılıq eylə,İşindən işıq sal həyata yaxşı.Aşıq deyər həyata,Həya eylə həyata.Yaxşı insan gərəkdi,Ad qazansın həyata.Yaxşı nəshət yaxşı de, yaz əlinlə,Nəqş eylə tarixə, həyata yaxşı.

El içində eylik eylə hey yara,Yar sarısa sayalanar hey yara.Aşıq deyər hey yara,Sarı, sağalt hey yara,Əssin səhər yelləriSərin gəlsin hey yara.Əldə neşdər cərrah yarar hey yara,Sağaldar, yetirər həyata yaxşı.

Vəli sinəsindən yazdı, yetirdi,Yazdı, yaraşdırdı, yazdı, yetirdiAşıq deyər yetirdi,Dediyinə yetir, di!Xəstə sızlar qar istər,Yaxşı gəldi yetirdi.Açıldı çiçəklər, yazdı, yetirdi,Ətirlər saçıldı həyata yaxşı.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri