Hey qala, qala
Həqiqəti dərk eyləyən dərindən,Gərək dəryasında hey qala, qala.Nəsihətdi ataların dediyi,Yığasan yadında hey qala-qala.
Yarı geydirəsən yaxşala yaxşı,Ərzini dilindən yaxşala yaxşı,Alsa da canını Yaxşala, Yaxşı,Hicrandan çəkincə hey qala, qala.
Nazlı yarnan gər dəyərsə yan, ara,İnan yanar, dildə çəkən ya nara,Yarın sənnən əgər kəssə yan, ara,Al canın atəşə hey qala, qala.
Yazda yaşıllanır yarala yaxşı,Al yara yaraşır, yar ala yaxşı,Qəddarın canını yar ala yaxşı,Haqsız dil açınca hey qala, qala.
Yaxşılara layiq yaxşı yar atdı,Yaxşı nişan aldı, yaxşı yar atdı,Vəli yaxşı dedi, yaxşı yaratdı,Yaxşı hasar çəkdi hey qala-qala.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-hey-qala-qala-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
QəşəmHəqiqətdən, mərifətdən, kamaldan
Yetgin Qəşəmlə deyişmə – IIQəşəmSəxa çeşməsinin hafiz dayağı,
Yetgin Qəşəmlə deyişmə – IIIQəşəmDövran açıb söz oxuyan, ay aşıq,
Aşıq Emirli Məhəmmədəli və qardaşı Miskinli Vəlinin deyişməsiMəhəmmədəliAşıq qardaş, gəl ikimiz,
Başqa şairlərin şeirləri · Eşq
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Taleyim mənimMus: Oqtay Kazıminindir*İl ötdü, ay keçdi,
Vidaya olmadı imkan, gözəl yarımdan ayrıldımQəm ilə dərdə yar oldum, vəfadarımdan ayrıldım.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən