Məhəmmədəli

Aşıq qardaş, gəl ikimiz,
Azərbaycandan danışaq.
Ana-bala məhəbbəti,
Ayrılmaz qandan danışaq.

Vəli

Aşıq qardaş, şən həyatdan,
Gözəl dövrandan danışaq.
Kainata günəş kimi,
İşıq salandan danışaq.

Məhəmmədəli

Ölkədə varlıq boyunnan,
Eldə oğlan-qız toyunnan,
Məhsuldan, maldan, qoyunnan,
Bağdan, bostandan danışaq.

Vəli

Qardaş elləri oyadan,
Səhralar əlvan boyadan,
Oxuyan, yazan, yaradan,
Elmi qanandan danışaq.

Məhəmmədəli

Emirli bax yaxşı görən,
Bağ bəsləyib gülün dərən,
Kimsəsizə çörək verən,

Süfrə açandan danışaq.

Vəli

Vəli sevir avazını,
Çəkir ellərin nazını,
Tarixdə şənlik sazını,
Yaxşı çalandan danışaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri