Telli sazı min dil açan,Ələsgərdi, Ələsgərdi.Könüllərə işıq saçan,

Ələsgərdi, Ələsgərdi.

Harda düşsə aşıq bəhsi,Xoşa gələn hər kəlməsi,Göylərə ucalan səsi,Ələsgərdi, Ələsgərdi.

Şeir bağı güllü-gülşən,Çiçəkləri əlvan-əlvan,Neçə məclis yola salan,Ələsgərdi, Ələsgərdi.

Aşıq olan birər-birər,Sevir, yazır, edir əzbər,Kamil ustad, sinədəftər,Ələsgərdi, Ələsgərdi.

Ali işdə, alim yanda,Qiymət alan imtahanda,Ölməz insan bu cahanda,Ələsgərdi, Ələsgərdi.

Aşıq Vəli, bu dünyada,Tərif söylə təmiz ada,Ustadını gətir yada,Ələsgərdi, Ələsgərdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri