Guşuma bir səda gəldi,Əcayibdən səslənir.Bir dəryaya körpü saldım,Yarısı qan səslənir.Doqquz yola heyran oldum,İki bəndərgahı var,Dindirəndə bir diliylə,Doxsan nişan səslənir.

Yeddi gəzdim, yeddi yazdım,Yeddisin ayan dedim.Səkkiz atdım, səkkiz tutdum,Səkkizinə can dedim.İki aldım, iki verdim,İkisin pünhan dedim.Bu sözlərim həcvi deyil,Həqiqətdən səslənir.

Vəli deyir: - bir dəryadı,Girmək olmaz gölü var.Bir cəsədə heyran oldum,Ayağı yox, yolu var.Bir otaqdı dörd aynası,Hər birinin gülü var.On səkkizə sirri qaldım,Bir qüvvətdən səslənir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri