Sən dedin, mən dedim
Sən dedin: Doymuram dünya malından,Mən dedim: – Çəkdiyim bəsdi dünyada.Sən dedin: Gedərəm nəfsin dalınnan,
Mən dedim: – Səbrimi kəsdi dünyada.
Sən dedin: Gözümü dikmişəm zərə,Mən dedim: – Sözümü yazdım dəftərə,Sən dedin: Ucalım qalxım göylərə,Mən dedim: – Quruca səsdi dünyada.
Sən dedin: Hər yandan gətirə əlim,Mən dedim: – Danışa, dürr tökə dilim,Sən dedin: Hər kəsə xoşdu əməlim,Mən dedim: – Ellərə dostdu dünyada.
Sən dedin: Ürəkdən sevirsən kimi?Mən dedim: – Həqiqət açır qəlbimi,Sən dedin: Aləmə adil hakimi,Mən dedim: – Eyləməz qəsdi dünyada.
Sən dedin: Nə isə, Miskinli Vəli,Mən dedim: – Düşünür axrı, əzəli,Sən dedin: Sevirəm əsil gözəli,Mən dedim: – Mərifət şəstdi dünyada.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-sen-dedin-men-dedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,