Nəsihət
Doğru danış, el içində düz dolan,Bəla tutmuş olar yoldan azanı.Oğrunun, əyrinin çörəyi olmaz,Atalar demişdi quyu qazanı.
Qonşunun, qohumun olma xaini,Hər kəs əməyindən alar payını,Şən istə elinin haqqı sayını,Xalqına dost olan hörmət qazanı.
Cavan ola, qoca ola, pir ola,Bəşəriyyət birdi, sözdə bir ola,Qüdrət ola, qüvvət ola, gir ola,
Kamal ola, başa düşə havanı.
Nə olar ki, açılan gül solmaya,Suyun kuzəsinə qanlar dolmaya.Azğınlıq, lovğalıq, tamah olmaya,Dünya dövlətləri etməz davanı.
Vəli söz deməyə qəhrəman olsun,Şən eli, obası xoş dövran olsun,Qoy yaxşılıq səndən xoş nişan olsun,Unutmaynan xeyri-şəri yazanı.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-nesihet-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Ustad Səməd ilə aşıq Valehin 3-cü deyişməsiAşıq SəmədFikrin-zikrin gəzir uca göyləri,
Kül yarpağı, o ləli-dirəxşanə oxşamazKül yarpağı, o ləli-dirəxşanə oxşamaz,Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz.
Bir zamanlarBir zamanlar sənin pənbə kölgəndəPək bəxtiyar idim, nazlı dilbərim.