Alarmış
Şeyda bülbül fəğan edir,Gül köksünü xar alarmış.Ala gözdən qan yaş gedir,Al yanaqlar saralarmış.
Qəlbə qəmlər yerişəndə,Seyrəqublar gülüşəndə,Yar-yardan ayrı düşəndə,Canı ahu-zar alarmış.
Vəli bağrı daşa dönər,Gözləri qan-yaşa dönər,Yarsız yazı qışa dönər,Yanar, sönər qaralarmış.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-alarmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir