Sən deyirdin al yanağım,Arxayın ol, yar, sənindi.Könül sevən qoşa xalım,Ağ sinəmdə nar sənindi.

Qoşa gəzək güllü bağı,

Xoş keçirək gözəl çağı,Boyumdu Savalan dağı,Çiçək, çəmənzar sənindi.

Tər qönçəsən, tər lalasan,Solmayıb parlaq qalasan,Vəliyəm, canım alasan,Küllü ixtiyar sənindi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq