Diqqət ilə düzgün çəkib hesabı,El üçün hər ağlı çaş verə bilməz,İnsana kamalı, kamala ziynət,Vəsməli-sürməli qaş verə bilməz.

Bəşər ədaləti el mehribanı,Sərrafsan yaxşını, yamanı tanı,Cəhldən aldadar insan insanı,Bir haqqı nahaqqa daş verə bilməz.

Gələcəyi görməz qəflətdə yatan,Qəlbindən düzlüyün daşını atan,Dövləti aldadan, qanunu satan,

Həqiqət yoluna baş verə bilməz.

Oxunur Vəlinin ömrünün sonu,Oddan köynəyidir, alovdan donu,Mərdi əvəz etməz namərdin onu,Çünki süfrə açıb aş verə bilməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq