Gözəl, şux niyyətin, xoş səadətin,Hey çəkir həsrətin hey ana qərəz.Aşıq deyər nə qərəz,Eləyirsən nə qərəz,Yaxşı övlad anayaNə qəsd edər, nə qərəz.Qoynunda bəsləyir, görmək istəyir,Hey verir diqqəti, hey ana qərəz.

Qətrə sudan keçdi qana, nə idi?Beş ayında gəldi cana, nə idi?Aşıq deyər nə idi?Nə gətirdi, nə yedi?Sıxan ana qəlbini,Çox incidən nəyidi?Balanı bəsləyir ana, nəyidi?Hey edir xidmətin, hey ana qərəz.

Vəli, nədən arı şana bal anı?İllər keçsə, heç dəyişməz bal anı.Aşıq deyər bal anı,Sev, sevindir balanı,Tərbiyə ver, tam oxut,Yaxşı yetir balanı.Gör nə hərarətlə sevir balanı?Hey çəkir zəhmətin, hey ana qərəz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri