Birisin
Üç səs deyim, haxdı onu haxlayan,Biri «hey»di, biri «yey»di, biri «sın».
Aşıq deyər birisin,Üşüyürsən bir isin,İki könül bir olsa,Sevər biri-birisin.Üç alimdi xeyri-şəri yoxlayan,«Sey», «Rey»lə ikisi gözlər birisin.
Çək cəfasın, gör səfasın hey yarın,Yer üzündə ağır dağlar hey yarın.Aşıq deyər hey yarın,Çək nazını hey yarın,Günəş olun, zülmətin,Qara bağrın hey yarın.Könül sevsə, sənə deyər hey yarın,Səndən qeyri sevməz özgə birisin.
Vəli sevdi şəhdi-şəkər, nə dadı?Yarın yara nə imdadı, nə dadı?Aşıq deyər nə dadı?Dilim çəkmir nə dadı?Namərdinən nan yesən,Nə ləzzəti, nə dadı?Bir insanda üç ləqəb var nədadı?Biri haqlı, biri haqsız, biri sin.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-birisin
← → düymələri ilə keçid, R — təsadüfi şeir