Bax gözələ, məh camala,Yanağı lala yaxşıdı.İnci dişi, qələm qaşı,Gözləri ala yaxşıdı.Dodağı südün qaymağı,Dönüb zülala yaxşıdı.Var maçı, qarğı saçı,Tökülüb dala yaxşıdı.Səhər durur, ziynət vurur,O məhcamala yaxşıdı.

Özü cavan, mətləb qanan,Bu gözəlin nazına bax.Kitab əldə, şirin dildə,Oxuyur, avazına bax.Gör nə göyçək açıb çiçək,Baharına, yazına bax.Hər kim gördü, olmaz dərdi,Söhbətinə, sazına bax.Aşıq gərək dastan yaza,Belə camala yaxşıdı.

Gəzib eldə, şirin dildə,Nə görsəm onu yazıram.Gözəlin, durna telini,Nədir nişanı yazıram.Ay gözəlim, dərdin alım,Sənin tək canı yazıram.Xəstəyəm, gör, can üstəyəm,

Düşər dərmanı yazıram.Arı kimi sızıldaram,Pətəkdə bala yaxşıdı.

Bax bu gələn, canlar alan,Gözəllərin ülkəridi.Həm səlfiraz, sinə bəyaz,Dağların təzə qarıdı.Mən dediyim, istədiyim,Tər şamama nübarıdı.Danışıram, alışıram,Sinəmdə eşqin narıdı.Bülbüləm bil, gül ucundan,Qonmuşam dala yaxşıdı.

Qönçə dəhan, gülü-reyhan,Ay boyu mina gözəlim.Təbibim ol dərdimi bil,Yetir dərmana, gözəlim.Olma naşı, eşq ataşı,Qalama canı, gözəlim.Muradımdı, nə lazımdı,Deyim inana gözəlim.Vəli sözdə qiymətini,Verir kamala yaxşıdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri