Diqqət verdim hər çiçəyə,Açılanı solan gördüm.Su gəldikcə bir sənəyə,Çox boşalan, dolan gördüm.

Biri gəzir, yoxdu huşu,Biri saymır tayı-tuşu,Göydə şikar alan quşu,Əcəl vurub salan gördüm.

Biri toyda tutur dəmi,Biri vayda çəkir qəmi,Harda olsa ağlı, kəmi,Can odlara salan gördüm.

Biri sinə dağlayanda,Biri qara bağlayanda,Biri yoxsul ağlayanda,Birin varlı, kalan gördüm.

Biri işdə tökür təri,Biri soyur, yığır zəri,Gücü olan gücsüzləri,Çəkib, didib, yolan gördüm.

Artıq yığan dövlət, malı,Saxlayarmı canda halı,Çoxlarının çox cəlalı,Var ikən yox olan gördüm.

Elin şirin can aşığı,Əziz, mehriban aşığı,Sıxanda dövran aşığı,Sazın qəmə çalan gördüm.

Yıxma könül xanasını,Əldən alma şanasını,Ulu şahlar anasını,Ağ saçları yolan gördüm.

Əldə olsa ixtiyarı,Viran edər hər diyarı,Fitnə-fəsad, xainləri,Qan tökən, can alan gördüm.

Mən biriyəm söz quranın,Keşikdə möhkəm duranın,

Düzlüyündən dəm vuranın,Peşəsini talan gördüm.

Vəli söylər bir xəbəri,Sevir yaranmış bəşəri.Gələn gedir, simuzəri,Bu dünyada qalan gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri