Aşıq odur yaxşı yaza, yaradaXalqların qəlbində hey qala, qala.Onu ellər sevə külli dünyada,Sözləri son qoya hey qala, qala.

Bu sözləri sırğa etsən yadına,Haqsız yanma dilin, nəfsin oduna,Qara ləkə vurma mərdin adına,Namərdi odlara hey qala, qala.

Yüz nəsihət desə Miskinli Vəli,Naşı baxar keçər, tanımaz ləli,Oğru, əyri, naqis, nadan, ölməli,Yaramazlar çəkər hey qala, qala.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət