Bir ocaq başında
Bir ocaq başında yarıyuxulu,Analar qısılıb böyür-böyürə,Qalıb balalara dünyanın çoxu.
Hərənin sözündən bir şey qanılar,Biri balasını tərifləyəndə-yana baxa-baxa susub qalanlarağlayar üzünün bir tərəfində
Göydən dillənən yox, göydən baxan yox,Taleyin sonunda donub gözləri,başını qaldırıb göyə baxan yox,böyük Göyüzündən küsüb üzləri.
Allahdan, bəndədən qaçıb gizlicəağlayar analar hey için-için.Ağlamaqdan asan dünyada nə var,ağ telli, ağ üzlü analar üçün?!
«Dünyanın padşahı, şahı»-dedilər,Belə qısıldılar can bahasına,Balalar inanıb çıxıb düşdülərBu boyda dünyanın iştahasına.
Çəkin cəzanızı yatmayın indi,Nəyə lazımıdı bu boyda dünya,çox da ki, ocaqlar his eləyirdi?Fağır balalara, gül balalarabir ocaq yanı da bəs eləyirdi...
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-bir-ocaq-basinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir