Dənizin üstündə bir xəyal
Bir ucsuz-bucaqsız dənizgələr ayaqlarına,bir arxı keçən kimi keçərsən ondan.Bir ucsuz-bucaqsız dəniz də gələro dənizin dalınca,bir ucsuz-bucaqsız torpağı keçən kimikeçər səndən.
Adamsız, avarsız bir qayıqdurar dənizin üzündə,baxıb, baxıb ada sanarsan,sanıb üzərsən ona sarı,Adamsız, avarsız o qayıq dasəni ada sanar,sanıb o da üzər sənə sarı.
Dənizin üstündə bir xəyal...Gördün? Gördünsə,Artıq o xəyalın əsiri oldun.
Dənizin üstündə bir xəyal-ya o sənin gözlərinə görünər,ya da sən onun.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-denizin-ustunde-bir-xeyal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Yaxın düşməz əcəl çünki ürəkdə intizarım var,Bir atəşgahdır qəlbim, vətənsiz ahü-zarım var.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Dalımca ağlamaYolumu kəsəndə buludlarDalımca ağlama –
رنگینتر از رخ تو گل در چمن نباشدچون عارض تو ماهی در انجمن نباشد