Alın yazısıtək bir gecədə,Daşlı, kəsəkli bir küçədəƏyilib torpağa, çöküb torpağaqalxdım təzə adamtək,

Kimi dünyanı əyri gedər,kimi düzünə,Kiminin taleyi alnına yazılar,Kimininki üzünə,Qoyub alın yazımı qara torpağa,sürtdüm üzümü qara torpağın üzünə,qalxdım təzə adamtək.

Min dərdin bir bacısıağ birçəyə qara gül taxanıdı,Göz yaşının ən acısıiçəriyə axanıdı,axdı, döndü canım bir damla göz yaşına,qara torpaq ağladı məni,rahat oldu canı, rahat oldu canım,qalxdıq təzə torpaq, təzə adamtək.

Bu dünya qəmə əyəcəkdi məni,O qəm də qumtək yeyəcəkdi məni,Bu qara torpaq birdən çəkdi məni,Qalxdıq qəmsiz-qadasıztəzə torpaq,təzə üz, təzə adamtək?!

...İndi də qəmsiz ləzzət eləmir dünya,Birdən tanımaz, tapa bilməz məni:– Qara torpaq, neylədin qəmimi?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən