Yerüzündən Kainata top, tank nəriltiləri, mərmi, mina, bomba gurultuları ucalmaqdadır. Onların altında səssiz minalar: – «De məni sevirsən», – «Mən səni cocuqtək sevirəm», «yenə de», – «mən səni cocuq anasına qısılıb anasının qucağında itəntək sevirəm», – «Yenə, yenə de» – «Mən sənin qoynuna qısılıb qoynunda, boynuna dolanıb boynunda, ulduzuna, ayına, dolanıb ulduzunda, ayında itmək istəyirəm» – «yenə, yenə de!»

Ehey! Kainatın o başındakılar! Gurultunuzu da, nəriltinizi də eşidirəm. Deyəsən, məni sevdiyinizi qışqırırsınız, mən də, mən də sizi sevirəm. Sizi sevirəm, sizə sarı uçuram, sizə sarı uçuram.

Kainatın o başından bizə sarı uçan tənha varlıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq